Təhsildə zəfərimiz nə vaxt olacaq - dos. İlham Əhmədov

Təhsildə zəfərimiz nə vaxt olacaq - dos. İlham Əhmədov
 

Dünən abituriyentlərin ixtisas seçimi tamamlandı. Gözlənildiyi kimi bu il qəbul imtahanlarının nəticələri daha zəif, keçid balları daha aşağı oldu (səbəbləri haqqında əvvəllər xeyli məqalələr yazmışıq, əsas səbəb kurikulum islahatında buraxılan səhvlərdir).
Keyfiyyətin düşmə səbəbləri çoxdur, əsas səbəblərdən biri də repetitorlyğun kütləviliyidir.
Repetitorluq son 30 ildə təhsilə çox ağır zərbələr vurub. Faktiki məktəb təhsilinin nizam- düzənini pozub, müəllim-şagird münasibətlərini korlayıb, məktəbin təlim-tərbiyə funksiyasını sıradan çıxardıbdır.
Təhsil nazirliyi tez-tez deyir ki, bizə təkliflər verin. Təbii ki, üzdə olan, gözlə görünən problemlər və onların həllinə dair təkliflər mütəmadi olaraq verilir (hərçənd heç biri nəzərə alınmır). Amma dərində olan problemlər daha çoxdur, onları müəyyənləşdirmək daha çətindir, həllinə dair təkliflər vermək asan deyil.
Bu tip problemlər ciddi və davamlı tədqiqatlar tələb edir. Dünyanın bütün ölkələrində təhsilə dair ciddi tədqiqatlar aparıldığı halda, bizdə belə tədqiqatlar niyə aparılır? Gələcəkdə aparılması planlaşdırılırmı ? Hansı qurumlar, hansı kadrlar bunu edəcək? Əgər bunu etməsək, biz daim hadisələrin arxasınca gedəcəyik. Amma normalda hadisələri, problemləri qabaqlamalıyıq, problemlərin yaranmaması üçün qabaqlayıcı tədbirlər görməliyik.
Elmin funksiyası da məhz budur. TN -nin ETN olması təhsil problemlərinin həllinə elmi yanaşmaları gücləndirməyi tələb edir. Elmlər içində bu gün ETN üçün ən aparıcı sahə pedaqogika elmi olmalıdır. Çünki, ETN-nin qarşısında duran, illər ərzində müşkülə çevrilən təhsil problemlərinin həlli bu elmin predmetidir.
Təhsilin 30 illik problemlərinin həlli üçün sistemli tədqiqatlar aparılmalı və bunun nəticələri təhsil sistemində praktik tətbiq edilməlidir.
Təhsilin bütün səviyyələrini əhatə edən kompleks proqramlar hazırlanmalı və sistemli tətbiq edilməlidir. Belə olarsa, bəlkə də 10 ilə vəziyyət tədricən yaxşılığa doğru dəyişə bilər. Bu işləri də yalnız normal maliyyə ayırmaqla, səriştəli komandalar yaratmaqlareallaşdırmaq mümkündür. Buna isə deyəsən hələ də istək yoxdur. Görünən budur ki, proseslər indiyə qədər necə olubsa, elə də davam etdirmək niyyətindədirlər.
Məsələn, repetitorluğun ləğvi haqqında hələ də düşünən yoxdur, əksinə məmurlar buna dəstək verirlər, bəraət qazandırırlar, beynəlxalq təcrübəni yada salırlar v.s. Əslində isə repetitorluq təhsil sistemində artıq metestaz verib. Bunun müalicəsi asan olmayacaq, amma mümkündür. Həllin bir variantı məsələn, belə ola bilər.
1. Gələn il universitetlərə tələbə qəbul attestatla, imtahansız olsun. Onda repetitorluq sistemi dayanacaq.
2. Şagirdləri məktəbə yığmaq, şagird davamiyyətinə və dərslərin keyfiyyətinə ciddi nəzarət etmək.
3. Məktəblərin buraxılış imtahanını ciddiləşditmək.
4. Buraxılış imtahanları nəticəsində universitetlərə qəbul aparmaq.

Ali məktəblərdə də problemlər çoxdur, çünki, 30 il TN əsasən məktəb problemləri ilə məşğul olub, maarif nazirliyi funksiyasını icra edib. İndi ETN olanda da əgər maarif nazirliyi funksiyası davam edəcəksə, ali təhsil və elmin aqibəti necə olacaqdır? Yaradılması gözlənilən agentliyin fəaliyyətindən çox şey asılı olacaq.
ATM illər ərzində öz problemləri ilə yalqız qalıblar, zəif metodik dəstək və cüzi maliyyələşmə ilə.
Amma məktəbi ayağa qaldıra bilməsək, ATM heç vaxt inkişaf edə bilməyəcək.
Qarşıdan yeni tədris ili gəlir. Daha ciddi problemlər və gözləntilərlər birgə.
Qarabağda qazandığımız Zəfərin davamı olaraq, təhsil problemlərini də həll etməli, bu sahədə də yeni Zəfərlər qazanmalıyıq. Qarabağdakı Zəfərimizin əbədi olması üçün bu çox vacibdir ...

"Paralel.az"

0.013575077056885