“Vətən çörəyi sapı özümüzdən olan baltalara qənim olsun”

“Vətən çörəyi sapı özümüzdən olan baltalara qənim olsun”
 

“Çörəyimizi yeyib, suyumuzu içən sapı özümüzdən olan baltalar, hələ də cəmiyyətimizdə ortalığı qarışdırmaqla, düşmənin dəyirmanına su tökməklə məşğuldurlar. Sapı özümüzdən olan bir qrup azərbaycanlı gənc bu günlərdə “İştirak Evi” adlanan platformada guya müharibə əleyhdarları kimi çıxış edərək (NOWAR-çılar) Azərbaycan əleyhinə toplantı keçiriblər”.

Paralel.az ” xəbər verir ki, bunu Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov deyib.

Onun sözlərinə görə, üzvlərinin 86 nəfəri azərbaycanlı, 73 nəfəri isə erməni olduğu “Postsovet sülh tərəfdaşları”nın son toplantısının məqsədi guya Azərbaycan-Ermənistan arasında sülh danışıqlarına töhfə vermək olub: 

“Ancaq Ermənistan və onun havadarlarının xeyir-duası və maliyyə yardımı ilə baş tutan belə aksiyalar birbaşa Azərbaycan əleyhinə, dövlətimizə qarşı yönəlib. Azərbaycan ətrafında cərəyan edən bu proseslər təbii ki, kortəbii reallaşmır, uzun illərdən bəridir ki, sistemli şəkildə həyata keçirilir”.

Əhmədov daha sonra qeyd edib: “Əslində, həqiqət ondan ibarətdir ki, 44 günlük müharibədə əldə olunan parlaq qələbəmiz, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi, diplomatik uğurları, erməni işğalçılarından azad olunmuş ərazilərimizdə aparılan böyük quruculuq işləri Azərbaycanın bədxahlarının, düşmənlərinin rahatlığını əməlli-başlı pozub. Ona görə də, dövlətimizə, ordumuza qarşı müxtəlif cəbhələrdən qərəzli hücumlar edilir, böhtanlar, hədyanlar söylənilir. “Sülh göyərçinləri”nin həmin tədbirdə Azərbaycanı “işğalçı dövlət”, “aqressor”, Azərbaycan xalqını “işğalçı rejimi dəstəkləyən kütlə” və s. adlandırması, yuxarıdakı fikirlərimizin tam təsdiqidir və cəmiyyətimiz tərəfindən çox haqlı olaraq sərt təpki ilə qarşılanıb.

Qüdrətli Azərbaycan dövləti və şanlı Ordumuz da vətəndaşlarımızın təhlükəsizliyini, sərhədlərimizi, torpaqlarımızı qorumaq gücündədir. Bu barədə Prezident İlham Əliyev avqustun 26-da Laçın şəhərində Həkəri çayının sahilində keçirilən Laçın Şəhəri Günü bayram tədbirindəki çıxışında Azərbaycan dövlətinin qəti mövqeyini bir daha təkrar edib: “...Bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayanan onlara bənzər məxluqlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. ...Biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq".

İnamla bildirirəm ki, “sülh göyərçinləri”nin və onları körükləyənlərin “müharibəyə müqavimət” ideyası tezliklə iflasa uğrayacaq. Onların drijor çubuğu altındakı özfəaliyyətindən Azərbaycana hər hansı təhlükə yoxdur. Sıralarındakı Səməd Şıxlı, Orxan Allahverdiyev, Nemət Abbasov və s. kimilərsə Azərbaycana xəyanət etməyi özlərinə rəva görən xainlərdir.

Bu namərdlərə üzümüzü tutub deyirik: “...Vətən çörəyi, sizlərə qənim olsun!”

 

 

0.01313304901123