Sərhəddə saxlanılan ermənilərin cəzası açıqlandı - DETALLAR

Sərhəddə saxlanılan ermənilərin cəzası açıqlandı - DETALLAR
 

“Laçın” SNB-də saxlanılan üç erməninin cəza müddəti bəlli olub.

“Caliber” media mənbələrinə istinadla yazır ki, onlar öz əməllərindən çox təəssüfləndiyini dilə gətiriblər. 

Hüquq-mühafizə orqanlarından bildirilib ki, gənclər təxminən 10 gün həbsdə qalacaq. 

“Bizdə heç kim onları uzun müddət həbsdə saxlamağa, uzun müddət bu parazitləri yedizdirməyə hazırlaşmır. Axı Bakı artıq hərbi cinayətlər törətməyənlərin amnistiyasının mümkünlüyünə eyham vurub.

Amma onlar öz dərslərini alacaqlar. Cəza müddətindən sonra Ermənistana deportasiya olunacaqlar”, – deyə bildirilib.

Xatırladaq ki, “Martuni Avo” klubunun futbolçuları olan gənclər Azərbaycan bayrağına qarşı təhqiramiz hərəkətlərə yol veriblər. Onlar bunu videoya çəkərək paylaşıblar. 

Paralel.az

 

0.041665077209473