Dilçilikdə sözdüyümü və məntiq
(Rus dilinə  “КОЖА” sözü haradan gəlib?)

Dilçilikdə sözdüyümü və məntiq(Rus dilinə  “КОЖА” sözü haradan gəlib?)
 

Hər bir xalqın dilində işlənən sözlər həm doğma, həm də alınma sözlərdən ibarətdir.Əksəriyyət hallarda müxtəlif sahələrin, əsasən elmi sahələrə aid terminlər, beynəlxalq terminlər, texniki vasitələrin adları və s. sözlərin bir dildən başqa dilə keçməsi mümkün sayılır və bəzən də qarşısıalınmaz hesab edilir.
Lakin dildə elə sözlər vardır ki, onun mənşəyini dəqiqliklə müəyyən etmək çox çətindir.Bunu tapmaq üçün hər bir xalqın dilində olan arealları müəyyənləşdirib, mənası doğma dildə başa düşülməyən sözləri arealın dilində tədqiq etmək gərəkdir.Hətta doğma dildə elə sözlər vardır ki, o həm doğma dildə, həm də keçdiyi dildə söz öz kök mənasını itirmişdir.Belə halda doğma dildə də sözün kök mənasını müəyyən etmək problem olaraq qalır.Və çox zaman dilçi alimlər “daşlaşmış söz” deyərək kənara çəkilirlər.
Mövzu ilə əlaqədar türk dilində olan “GOCUK” sözünü həm türk dilində, həm də keçdiyi rus dilində araşdıraq.Zənnimcə maraq doğurar.
Türk dilində “gocuk”sözü rus dilinə - “кожух, баранья шуба; (дубленый) полушубок, дубленка” kimi tərcümə olunur və türk dilində “qoyun dərisindən hazırlanmış kürk” mənasını bildirir.Türk dilində “gocuk” sözünün sinonimi olan “kürk” sözü vardır və işlək söz kimi daha çox işlənilir.
Türk dilində sözün nüvəsi bilinmədiyindən “gocuk” sözü rus dilindəki “кожух, кожа” sözlərindən alınma kimi nəzəri cəlb edir.Doğrudanmı bu belədir?
Əslində türk dilindəki “gocuk” sözü Qədim Oğuz sözü olub “qoç” sözündəndir.Müasir Türk dilində Qədim Oğuz dilində olan “Q” səsi olmadığından sözün kökü olan “qoç” sözü literasiya fonetik hadisəsi (səs əvəzlənməsi) nəticəsində “goc” şəklini almışdır.Sözün ilkin mənası tapılmadığından “goc” sözü “qoç” sözünü əvəzləmişdir.
Qədim Türklər kürkü qoç dərisindən hazırlamışlar.Əsasən soyuq iqlimdə yaşayan Sibir türkləri qoç dərisini kustar üsulla emal edərək şaxtadan qorunmaq üçün ondan örtük kimi istifadə etmişlər.
Rus dilində kürkə “дубленка” deyilməsi də çox maraqlıdır.Qədim Oğuzlarda qoyun otaran çobanlar çöl hava şəraitində olduqları üçün onlar qoç dərisindən hazırlanmış kürk (yapıncı) geyirdilər.Rus dilində bu sözün də mənası “qoyun dərisindən hazırlanmış kürk” kimi tərcümə olunur.Ruslar 300 illik Monqol-Tatar zülmünün qisasını almaq üçün Oğuzları (tatarları) çobanın ağaclı (çomaqlı) olmasını rus dilində “çubuk, dəyənək” mənasını bildirən “дубинка” sözündən ”дубина”-“çoban” slenqini yaratmışlar.(Mənim f/b səhifəmdə “ÇOBAN SÖZÜNÜN MƏNASI” məqaləmdə bu barədə geniş izahat vermişəm.
“Gocuk” sözünün “шуба” kimi mənalanması da maraq doğurur.Rus dilində bu sözün heç bir törəməsi yoxdur və heç bir dildən bu sözün rus dilinə keçməsi mümkün sayılmır.Məntiqlə fikirləşəndə şuba geyimi istilik gətirən bir nəsnədir.Bizim özümüz də bu gün isti bir kürk və ya şuba geyərkən onu sanki “peç kimi, od kimi” sözlərlə tərif edirik.Çox güman ki, “şuba” sözü də türklərin isti peç mənasında işlətdikləri “soba” sözündəndir.Şuba-soba ...(dilçilikdən çox şəxsi düşüncəmdir.Yəni sözduyumumdur.)
Araşdırmadan məlum oldu ki, rus dilində olan “кожух, кожа” sözləri türklərin “qoç” sözündən yaranmış “Gocuk” sözündən alınmadır.Rus dilində də “g” səsi olmadığından bu səs “k” səsi ilə əvəzlənmişdir.
Yazıda məqsəd türklərdən rus dilinə keçən sözlərin hər iki dildə kök mənalarını üzə çıxartmaq olmuşdur.Həqiqətən də dilçilik elmində riyazi bir sistem mıvcuddur.Cavabı düzgün tapmaq mütləqdir.Dilçiliyin leksikası ən vacib sahədir.Dilin leksikası isə teolinqvistika ilə vəhdətdədir.
Diqqət verək.“Qoç” sözünün özü teofordur.Tanrının inancı olmuşdur.Türk olmayanlar qoça Fironizmdən gələn “Ra” Günəş Tanrısının adını “RAM”ı vermişlər.Qədim Oğuzlar isə öz əski dillərində “KA-Qa” Ulu Dil və Ulu Tanrının adından “QOÇ” məfhumunu yaratmışlar.Tanrılarını da həmin məxəzdən “QOR” adlandırmışlar.”QOÇ” sözü “KA-QA” məfhumunun Tanrının ikibuynuzlu olmasının rəmzinindən yaranmadır.Əslində “QOÇ” sözü “iki” sözündən olub, öz məxrəcini proteza ilə “KA” məfhumundan yumşaldıcı “i” saiti artırılmaqla “İKİ” mənasından almışdır.”Ekiz” sözü də buradandır.Qoçun iki buynuzlu olması onu Tanrının yerdəki inanc rəmzinə çevirmişdir.Türklərdə olan “KOCA”-“ƏR” də “KOÇ” sözündəndir.
P.S. Mən bu yazıları vacib olduğunu sandığımdan yazıram.Həm özüm öyrənirəm, həm də maraqlı olsun deyə Sizlərə çatdırıram.Hamı eyni cür bu yazıları qəbul etməz.Bir şey bilirəm ki, bu stil mənim öz dəst xəttimdir.Kənardan bir söz belə istifadə etmirəm.Xarakterimə yaddır.Mən öz yazdıqlarımı Teolinqvistikanın - yeni dilçilik sahəsinin nəzəriyyəsinin qədim mənbələri kimi hesab edirəm.Hər hansı bir dildə sözün fonoloji qaydada genetik nüvəsi özünü doğruldursa, bu leksika elminin özüdür.
Təşəkkür edirəm.

Müəllif: Həsən Əliyev 

"Paralel.az" 

0.053086996078491