Tramp həbsxana fotosundan sonra rekord həcmdə ianə toplayıb 

Tramp həbsxana fotosundan sonra rekord həcmdə ianə toplayıb 
 

ABŞ-nin Corciya ştatında formal həbs prosedurunu keçən Donald Tramp seçki kampaniyası üçün təxminən 7,1 milyon dollar ianə toplayıb.

Mətbuat yazır ki, təkcə 25 avqusta o, 4,18 milyon dollar ianə toplaya bilib.

D.Tramp seçki kampaniyasını aparanlar bu günə qədər heç vaxt 24 saat ərzində bu qədər böyük məbləğdə ianə toplaya bilməyiblər.

İanənin toplanması həbsxanada D.Trampın fotoşəkili olan köynəklərin, suvenirlərin hazırlanması ilə mümkün olub.

ABŞ-nin keçmiş prezidentinin seçki qərargahından bildirilib ki, son üç həftə ərzində o, seçki kampaniyasına 20 milyon dollara yaxın ianə cəlb edə bilib.

 

0.041156053543091