Aİ Afrikanın qərbinə hərbi-mülki missiya göndərəcək

Aİ Afrikanın qərbinə hərbi-mülki missiya göndərəcək
 

Avropa İttifaqı (Aİ) bu ilin payızında Afrikanın qərbinə, Qvineya körfəzi sahillərində yerləşən ölkələrə hərbi-mülki missiya göndərməyi planlaşdırır.

APA-nın xəbərinə görə, bu barədə bu gün “Welt am Sonntag” nəşri diplomatik mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Aİ-yə üzv ölkələrinin xarici işlər nazirlərinin oktyabrda Lüksemburqda keçiriləcək sammitində rəsmi qərar qəbul ediləndən sonra Aİ ölkələri dərhal missiyanın göndərilməsi barədə razılığa gəlib.

Kot-d'İvuar, Qana, Toqo və Beninə göndəriləcək polis və hərbçilərin sayı hələ müəyyənləşdirilməyib.

Aİ-nin Afrikanın qərbin missiya göndərməsi 4 əsas məqsədlə bağlıdır. Bura ümumi təhlükəsizliyin, xüsusən bu 4 ölkənin şimalında təhlükəsizliyin gücləndirilməsi, antiterror əməliyyatı üçün qüvvələrin hazırlanması, texnika dəstək və təhlükəsizlik sahəsində etimadın möhkəmləndirilməsi daxildir.

Aİ ehtiyat edir ki, terrorçu qruplaşmalar Qvineya sahillərinə qədər yayıla bilər və bu da regionda qeyri-stabilliyi artırar.

“Welt am Sonntag” artıq Benin və Qananın bu ölkələrə missiya göndərilməsi üçün dəvətnamə ünvanladığını da yazıb.

 

0.053333044052124