Səadət Şıxıyeva yazır...

Səadət Şıxıyeva yazır...
 

"Kralın təzə libası" (Andersen) əsərindəki psixologiya bizim cəmiyyətə də xasdır. Bir xarabalıq, uçuq-sökük yerin üzərinə yazıb yapışdırıblar ki, bura məktəbdir. Biz də bunu qəbul edir, oraya oxumağa uşaq göndərir, müəllim olaraq dərsə gedirik. Biri "akademik", "professor" adını nə yollarlasa qamarlayır, orta məktəbin ortabab şagirdi səviyyəsindəki savadı ilə ən yüksək elmi adları alır, bunu bilsək də, təkrar-təkrar istinad verməyi özümüzə başucalığı bilirik. Biri çirkin simasını min bir əməliyyatla "redaktə" edir, bunu biliriksə də, onu "gözəllər gözəli" kimi qəbul etməkdə problem görmürük. Birinin qüsurlu nitqindən heç nə anlamasaq da, tutulduğu vəzifəyə görə ətrafdakılara natiqliyindən ağızdolusu bəhs edirik. Demək ki, çoxumuzun görmə və düşünməsində problem olduğundan "eşitdiyinə inanma" hissi güclü inkişaf edib.

"Paralel.az"

0.016493797302246