Ukraynalı general Pentaqonun təklifini qəbul etmədi

Ukraynalı general Pentaqonun təklifini qəbul etmədi
 

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski Pentaqonun qüvvələrin bir istiqamətdə cəmləşdirilməsi ilə bağlı tövsiyələrinə məhəl qoymayıb.

Paralel.az xəbər verir ki, bu barədə “Nyu-York Times” yazıb.

Nəşrin məlumatına görə, Amerika hərbçiləri Rusiyanın müdafiə xəttini yarmağa çalışmaq üçün maksimum sayda qüvvələri cəbhənin bir sektorunda cəmləməyi təklif edib. Lakin Ukrayna komandanlığı qoşun və texnikanı Şərq və Cənub istiqamətlərində bərabər bölməyə çalışıb.

Sırski bildirib ki, raket və artilleriya zərbələri vəziyyətində Ukrayna ordusu müdafiəni möhkəmləndirməli və mümkün olan istiqamətlərdə irəliləməlidir.

 

0.010733127593994