Həmkarlar İttifaqlarında rüşvət və korrupsiya mühiti hələ də hökm sürür? - Şikayət məktubları əsasında Araşdırma

Həmkarlar İttifaqlarında rüşvət və korrupsiya mühiti hələ də hökm sürür? - Şikayət məktubları əsasında Araşdırma
 

AHİK rayon təşkilatlarının fəaliyyətinə niyə nəzarət etmir?

Məlumdur ki, COVİD-19 pandemiyası 2020-ci ildə dünyanı bürüdü və bir çox peşə sahibləri kimi, bir sıra təhsil işçiləri də pandemiyanın qurbanı oldu.
Lakin ölkə Prezidentinin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində, dünyanın, hətta inkişaf etmiş dövlətlərlə müqaisədə, pandemiyanın təsirilə ölkəmizdə insan itkisinin qarşısı uğurla alındı.

Müşahidələr göstərir ki, mövcud reallığı danmaq mümkün deyil və pandemiya çox az insan oldu ki, ondan yan keçsin. Amma əksər insanlara, ailələrə pandemiyanın vurduğu zədələr hələ də insanları təqib etməkdədir. Pandemiyanın insan orqanizminə vurduğu ziyandan hazırda da müxtəlif sağalmaz xəstəliklər səbəbindən əziyyət çəkən xeyli insanlar var.

COVİD-19 pandemiyasının iti caynağından çətinliklə qurtulmuş insanların davamlı müalicəyə ciddi ehtiyacı olduğunu dünyanın tibb uzmanları tərəfindən təsdiq edilib. Lakin insanların müalicəsi və istirahətinin təşkil olunması ilə məşğul olan Azərbaycan Əmək və Əhalinin Müdafiəsi Nazirliyi, o cümlədən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) bu vacib işlə, demək olar ki, çox zəif məşğul olurlar.

Təhsil işçilərindən bunla bağlı bir sıra rayonlardan ardıcıl şifahi və yazılı şikayətlər alırıq. Şikayət məktublarının araşdırılması nəticəsində məlum olur ki, Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqı rayon təşkilatlarının fəaliyyətinə AHİK vaxtlı-vaxtında normal nəzarət etmir. Bundan sui-istifadə edən rayon təşkilatlarının sədrləri sanatoriya yollayışlarını rüşvətlə verir, rüşvət və korrupsiya hallarını genişləndirirlər.

TİHİ Sabirabad, Saatlı, İmişli, Gəncə, Tovuz və digər rayonlarından gələn şikayət məktubları təsdiq edir ki, bu rayonların təşkilat sədrləri nəzarətsizlikdən istifadə edir, özlərinə yaxın olan çoxsaylı təhsil işçilərinin, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının adına tez-tez mükafat yazır, həmin adamların adına olan, seyfdə saxladıqları kartla mənimsəyirlər və sanatoriya və istirahət yollayışlarını rüşvətlə hər il eyni kənar adamlara satırlar. Çünki rayon həmkarlar təşkilatları rayon və yuxarı nəzarət orqanlarının rəhbərlərinə "hesab" verir, nəzarətdən və cari yoxlamalardan yayınırlar.

Hətta sorguladığımız sədrlərin  etiraflarına görə, AHİK rəhbərliyi hələ PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin zamanında "Həmkarlar təşkilatlarında yoxlama aparmasını hüquq-mühafizə orqanlarına qadağan edən" sirikulyar məktub da göndərilməsinə nail olub!

Ona görə də, ölkədə boğazına kimi rüşvət və korrupsiyaya bulaşan, AHİK-də birləşən 26 sahə, 2,5 milyon dövlət işində işləyənlərin zorla üzv edildiyi həmkarlar təşkilarıarında hər ay üzvlərin əmək haqqından 1 faiz "dinmə ver" kimi, mühasibatlıqda tutulan hər hansı həmkarlar təşkilatında ölkənin nəzarət orqanlarının heç birinin yoxlama aparmasına rast gəlinmir.

İnsanları bir şey düşündürür: Ölkə Prezidenti rüşvət və korrupsiyaya qarşı mübarizə aparır, amma həmkarlar təşkilatlarının sədrləri çirkin əməllərini davam etdirirlər!

Mirəhməd

0.020049095153809