Şimali Koreya xaricdəki vətəndaşlarına vətənlərinə qayıtmağa icazə verdi

Şimali Koreya xaricdəki vətəndaşlarına vətənlərinə qayıtmağa icazə verdi
 

Şimali Koreya hakimiyyəti COVID-19 ilə bağlı vəziyyətin dəyişməsi ilə əlaqədar xaricdə olan vətəndaşlarının vətənlərinə qayıtmasına icazə vermək barədə qərar qəbul edib.

Paralel.az ” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə KXDR-in Fövqəladə Hallar və Epidemiyanın Qarşısının Alınması üzrə Milli Qərargahı bəyanat yayıb.

“Dünyada pandemiya ilə bağlı vəziyyətin zəifləməsi ilə əlaqədar olaraq, xaricdəki KXDR vətəndaşlarının vətənə qayıtmasına icazə verilir”, - məlumatda qeyd olunub.

Agentlik xəbərdarlıq edib ki, qayıdanlar bir həftə karantin bölmələrində lazımi tibbi nəzarət altında olacaqlar.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən ölkənin sərhədləri üç ildən çoxdur ki, bağlıdır.

 

0.023210048675537