"Məscidə hücum tolerantlığa vurulan zərbədir" – Ersin Tatar

 

Məscidə edilən hücum tolerantlığa vurulan zərbədir.

Paralel.az xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Yunan Kiprində məscidə edilən hücumu pisləyib.

"Hücum dünya üzrə 2 milyarddan çox insanın inanclarına və müqəddəs dəyərlərinə qarşı yönləndirilib. Bunu demokratiya və fikir azadlığı ilə izah etmək mümkün deyil. Hücumu təşkil edənlər cəzalandırılmalıdır”, – deyə Tatar qeyd edib.

Xatırladaq ki, bu gün yunan Kiprində yerləşən məscidə molotov kokteyli ilə hücum edilib.

Polis hücumla bağlı araşdırma apardığını bildirib.

 

0.020237922668457