Cahilliyin təsirləri - 1
Məmməd Talıblı yazır...
“Senin cahilligin benim yaşamımı etkiliyor” kitabı haqda
Celal Şengörün bundan əvvəl iki kitabın böyük maraqla oxumuşdum. “Bilgiyle söhbet”də (səh.770) dünyanın bilim insanlarının düşüncələrindən başlamış açıq cəmiyyət ideyalarının (banisi Karl Popper) populyarlıq qazanmasının önəminə qədər çox geniş əhatəli mətnlər toplusu kimi bu kitabdan böyük zövq almışdım.
İkinci kitabı “Dahi diktator” da Osmanlı imperiyasının çətin siyasi şərtlərinin təhlili baxımından çox mühüm mənbə sayıla bilər. Atatürkün təkcə hərbçi qətiyyəti ilə yox, həm də böyük fikir insanı kimi xarakteriza edən C.Şengör onu Azərbaycan xocusuna başqa ampulada tanıtdı.
“Dahi diktator” Azərbaycan oxucularında da böyük maraq yaratmışdı. Məhz bu səbəbə görə də Celal beyin bu kitabın təqdimatı ilə bağlı Bakıya gəlmişdi. Həmin görüşdə iştirak edən
şəxs kimi həmin zaldan Celal beyin verdiyi mesajlar diqqətimi çox çəkmişdi.
Həmin görüşdən sonra da bir daha əmin oldum ki, insan bütün düşüncə sərhədlərinə qədər geniş miqyaslı insandır. Dar ixtisaslaşmadan (geoloq) kənar digər elm sahələrini, o cümlədən tarixi, fəlsəfəni, ədəbiyyatı yaxşı bilir. Adam təhsil fəlsəfəsinin bilicisi kimi çox möhtəşəmdir.
Kitablarını oxuduqdan və çıxışlarını uzun illər izlədikdən sonra Celal Şengörlə bağlı gəldiyim bəzi qənaətlərim var.
Türkiyənin fikir sütunlarından olan Celal Şengör olduqca maraqlı personadır. Ateistdir və dini inancı fikrimcə qüsurludur. Həm bizim ölkədə, həm də qardaş Türkiyədə Celal Şengörlə bağlı sinxronluq təşkil edən mövzu də məhz din mövzusudur. Onunla bağlı elmi-akademik yükü olan bir mövzu ilə bağlı ona istinad edəndə dini camiədə ağızbüzmələr və laqeyd münasibəti hiss etməmiş olmursan.
Ona münasibətdə haçalanan fikirlərdən biri də onun dini baxışları ilə bağlıdır. Dindar bir ailədə böyüməsinə baxmayaraq uşaq yaşlarından cavabını tapmadığı bəzi suallar onun ateist düşüncədə qalmasına səbəb olub. “Senin cahilligin benim yaşamımı etkiliyor” kitabında bu mövzuya aydınlıq gətirməyə çalışıb.
Celal Şengör adi adam deyil, ali adamdır. Standart düşüncəsinə görə yox, qeyri-standart düşüncə tərzinə görə seçilir. Təkrarçı deyil, orijinaldır. Təşəbbüskardır və səhv etməkdən qorxmur. Sanki hamıya meydan oxuyur. Geri çəkilən deyil, daim hücumda oynayandır. Səhv etmək ehtimalı onu istənilən təşəbbüsdən saxlamaq gücündə deyil.
Görünən odur ki, Celal Şengörün xarakterində hələ yeniyetmə dövründən olan təşəbbüskarlıq ruhu o zamandan ahıl yaşınadək onunla yoldaşlıq edir.
Celal Şengör 5-ci sinifdə oxuyan zaman onu sinifdən çıxarırlar. Səbəb də onun tarix müəlliminin verdiyi suala fərqli cavabı və müəllimi ilə razılaşmaması olur. Səhərisi gün sübut üçün gətirdiyi kitabı oxumağı təklif edən Celal beydən Fahamat müəllimədən onu alaraq oxumadan tulazlayır. Məyus olan Celal “cahil karı” deyib sinifdən çıxır.
(ardı var)
"Paralel.az"