Həbsdə olan azərbaycanlı fəal 16 min dollar girov qoyaraq azadlığa çıxdı 

Həbsdə olan azərbaycanlı fəal 16 min dollar girov qoyaraq azadlığa çıxdı 
 

Güney Azərbaycan Milli Hərəkatının fəallarından İsmayıl Əhmədi Bəkrabad Əhər şəhər mərkəzi həbsxanasından 400 milyon tümən (16 208 dollar) girov müqabilində azadlığa buraxılıb.

Paralel.az Teleqram kanalına istinadla xəbər verir ki, milli fəal "ictimai asayişi pozmaq və Süngün Mis Mədən Kompleksinin narazı əməkdaşlarını təhqir etmək”də ittiham olunub.

Xatırladaq ki, o, bir müddət öncə çalışdığı Süngün Mis Mədən Kompleksinin vəzifəli şəxsləri tərəfindən ətraf mühitə ziyan vurulmasına, tarixi abidələrin dağıdılmasına və fəhlələrin işdən qovulmasına etiraz etdiyi üçün həbs olunmuşdu.

 

0.042196035385132