Bayden Trampı “yaraşıqlı oğlan” adlandırdı 

Bayden Trampı “yaraşıqlı oğlan” adlandırdı 
 
 

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın həbsxanadan paylaşdığı fotoya münasibət bildirib.

Paralel.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bayden Trampı “yaraşıqlı oğlan” adlandırıb: “Yaraşıqlı, yaxşı oğlandır”.

 Onun sözlərinə görə, Trampın fotosunu televizorda görüb. 

Xatırladaq ki, Donald Tramp avqustun 25-i Corciya ştatının Fulton qraflığının həbsxanasına gedib, 20 dəqiqə saxlanıldıqdan sonra sərbəst buraxılıb. Onun burada 200 min dollarlıq girov müqabilində azad edilməsi barədə razılığa gəlinib. Onun fotosu çəkilib və barmaq izləri alınıb. Tramp daha sonradan burada çəkilən fotonu öz “X” hesabında paylaşıb.

 

 

0.016930103302002