Peskovdan “Priqojini Putin öldürdü” xəbərinə REAKSİYA

Peskovdan “Priqojini Putin öldürdü” xəbərinə REAKSİYA
 

Yevgeni Priqojinin təyyarə qəzasında Kremlin əli olması ilə bağlı açıqlamaların reallıqla heç bir əlaqəsi yoxdur və bu, yalandır.

Paralel.az ” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Avqustun 24-də Rusiya prezidenti Vladimir Putin iş adamının təyyarəsinin qəzaya uğramasından danışıb.

Dövlət başçısı müraciətində Priqojini çətin taleyi olan istedadlı insan kimi qeyd edib.

Peskovun sözlərinə görə, Tver vilayəti üzərində səmada baş verən qəza ilə bağlı çoxlu fərziyyələr yaranıb. 

“Bütün bunların hamısı tamamilə yalandır”, - o qeyd edib.

Peskovun sözlərinə görə, Rusiya prezidenti Putin bir gün əvvəl Tver vilayətində biznes təyyarəsinin qəzaya uğramasından sonra bütün lazımi ekspertizaların tamamlandığını bildirib. 

“Hələlik heç bir rəsmi nəticə yoxdur. Onlar hazır olan kimi dərc olunacaq”, - Peskov deyib.

 

0.015771865844727