Bakı metrosu yeni nəsil qatarın idarəsini qadın maşinistə tapşırdı

Bakı metrosu yeni nəsil qatarın idarəsini qadın maşinistə tapşırdı
 

Bu gün “Bakı Metropoliteni” QSC ikinci xanım maşinisti işə qəbul edib.

“Report” xəbər verir ki, həmin xanım Türkan Bəylərdir.

Əslən Füzuli rayonundan olan xanım Bakı Dövlət Universitetinin fizika fakültəsinin məzunudur və işə yeni qəbul olunan səkkiz maşinistdən biridir.

Onun yeni nəsil qatarları idarə edəcəyi bildirilir.

 

0.038291931152344