Türkiyəli məşhur müğənni qəzaya uğradı: gəmi saniyələr ərzində batdı 

Türkiyəli məşhur müğənni qəzaya uğradı: gəmi saniyələr ərzində batdı 
 

Türkiyəli məşhur müğənni Demet Akalın Didimə konsertə gedərkən qəzaya uğrayıb.

Paralel.az “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, müğənninin olduğu gəmi estakadaya çırpılaraq saniyələr ərzində batıb.

Uzun müddət şokdan çıxa bilməyən Akalın yaşadıqlarını izləyiciləri ilə bölüşüb.  

"Yaxşıyam, narahat olmayın. Alnımda şiş var. Xaricdən çoxlu fanatlarım olduğu üçün onları tərk etmək istəmədim. Çox pis gəmi qəzası keçirdik. Mən əslində gecələr belə şeylərdən istifadə etmirəm amma 20 dəqiqəyə çatarıq deyə mindim. Gəmi saniyələr içində batdı. Necə sağ qaldığımızı anlaya bilmirəm. Təbii ki, qınaqım olacaq. Təcili yardım çağırdıq, bir müddət gəlmədi. Allah o aptekdən razı olsun. İlk tibbi yardım göstərdi. Dostumuzun barmaqları əzilib. Yalıkavak Marinada estakada işıq yandırsaydınız, insanlar belə qəribə qəzaya düşməzdilər. Çoxlu mesajlar aldım, lakin geri dönüş edə bilmədim. Gəmilərə xidmət edən qayıq bizi təsadüfən xilas etdi. Allah o uşaqları da qorusun”.

 

0.016909837722778