Çin rəsmisi: "Dünya Rusiya və Ukraynanı kompromisə sövq etməlidir"

Çin rəsmisi:
 

Beynəlxalq ictimaiyyət Ukraynadakı münaqişənin sülh yolu ilə həllini axtarmalıdır.

Paralel.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsi Çjan Çzyun bildirib. Onun sözlərinə görə, dünya vəziyyətin gərginləşməsinə imkan verməməlidir.

“Beynəlxalq ictimaiyyət tərəfləri təmkin və sakitlik nümayiş etdirməyə, konsensus əldə etməklə bir-birinə yaxınlaşmağa, daha yüksək səslə sülh və danışıqlara çağırışlar etməyə və müxtəlif sülh təşəbbüslərinin həyata keçirilməsi üçün imkanlar axtarmağa təşviq etməli, sülh danışıqları üçün şərait yaratmağa çalışmalı və ocağa odun əlavə etməkdən çəkinməlidir", - Çjan Çzyun qeyd edib.

 

0.036016941070557