İdman TV” “Qarabağ”ın oyununun yayımlanmamasının səbəbini açıqladı

“İdman TV” “Qarabağ”ın oyununun yayımlanmamasının səbəbini açıqladı
 

“İdman TV” “Qarabağ”ın Sloveniyada yerli “Olimpiya”ya qarşı keçirdiyi UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun yayımlanmamasının səbəbini açıqlayıb.

Paralel.az ” xəbər verir ki, kanal feysbuk səhifəsi vasitəsilə paylaşım edib.

Bildirilib ki, matçın yayımlanmaması texniki problemlə əlaqədardır: “Əziz izləyicilər, texniki xəta səbəbilə “Olimpiya” – “Qarabağ” görüşünü yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxıb. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!”

Qeyd edək ki, ikinci hissəsi "İdman TV"-də yayımlanan oyunda “Qarabağ” 2:0 hesabı ilə qalib gəlir.

 

0.14555883407593