Ukrayna hərbçiləri Krıma daxil oldu - VİDEO

Ukrayna hərbçiləri Krıma daxil oldu - VİDEO
 

Ukraynanın Müstəqillik Günü ilə əlaqədar olaraq Ukrayna ordusu Krımda xüsusi əməliyyat keçirərək yarımadaya daxil olub.

Paralel.az ” xəbər verir ki, Ukrayna tərəfi xüsusi təyinatlıların Krıma girməsi ilə bağlı videogörüntü də yayıb. 

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mətbuat katibi Andrey Yusov bildirib ki, Ukrayna əsgərləri xüsusi əməliyyat çərçivəsində Krıma daxil olaraq orada Ukrayna bayrağı ucaldıblar.
 
Onun sözlərinə görə, avqustun 24-nə keçən gecə Ukrayna Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməliyyatı baş tutub.

“Qayıqlarda olan xüsusi təyinatlılar Olenevka və Mayak yaşayış məntəqələri yaxınlığında sahilə çıxıb.

Tapşırığın icrası zamanı ukraynalı hərbçiləri ilə rus hərbçiləri arasında silahlı toqquşma baş verib.

Nəticədə qarşı tərəf itki verib və texnikası məhv edilib. Ukraynanın dövlət bayrağı yenidən Krımda dalğalanıb.

Bütün məqsəd və vəzifələr yerinə yetirildikdən sonra xüsusi təyinatlılar itkisiz hadisə yerini tərk edərək geri dönüblər”, - o qeyd edib.

Mürtəza
Paralel.az

 

0.012804985046387