“Qızıl milyard” ölkələri çoxqütblü dünyanın rəqibidir - Putin

“Qızıl milyard” ölkələri çoxqütblü dünyanın rəqibidir - Putin
 

Bu gün yeni dünya düzəninin formalaşdırılması prosesini ləngitməyə və planetdə yeni, müstəqil inkişaf etmiş güc mərkəzlərinin formalaşmasına mane olmağa çalışan rəqibləri var.

Paralel.az ” xəbər verir ki, belə bir bəyanatla Vladimir Putin BRİKS sammitində çıxış edib. 

Onun sözlərinə görə, BRİKS heç kimlə rəqabət aparmır, özünü heç kimə qarşı qoymur.

“Qızıl milyard” adlandırılan ölkələr keçmiş birqütblü dünyanı qorumaq üçün hər şeyi edirlər. Bu onlara  sərf edir, onlar üçün faydalıdır”, - Putin bildirib. 

O əlavə edib ki, belə dövlətlər heç kimin görmədiyi, lakin “ayrı-ayrı ölkələrin maraqlarına uyğun” dəyişən qaydalara əsaslanaraq, beynəlxalq hüquq sistemini öz nizamları ilə əvəz etməyə çalışırlar.

 

 

0.014353036880493