Priqojinlə təyyarədə ölən yeganə qadın Kristina kimdir? - MARAQLI FAKTLAR

Priqojinlə təyyarədə ölən yeganə qadın Kristina kimdir? - MARAQLI FAKTLAR
 

Ötən gecə Rusiyanın Tver vilayətində “Embraer Legacy 600” özəl təyyarəsi qəzaya uğrayıb. Təyyarədə üç pilot və yeddi sərnişin olub. Onların hamısı ölüb.

BAKU.WS xəbər verir ki, təyyarənin göyərtəsində olan yeganə qadın 39 yaşlı Kristina Raspopova (Yadrevskaya) olub.

Kristina Çelyabinsk vilayətinin Yemanjelinsk şəhər prokurorunun müavini Yevgeni Raspopovun böyük bacısıdır. O, Qazaxıstanda anadan olub. Sonradan Kristina Rusiyanın paytaxtı Moskva şəhərində yaşamaq qərarına gəlmişdi. Bu yaxınlarda o, Sankt-Peterburqa köçmüş və "MNT Aero" şirkətinin həyata keçirdiyi şəxsi uçuşlarda stüardessa işləyirdi.

Qəza günü Kristina uçuşun gecikməsindən şikayətlənib. O, şəxsi bloqunda uçmağa hazır olduğunu göstərən bir foto paylaşıb. O, paylaşımda səhər yeməyi və tam dolu çamadanı göstərib.

 

0.022403001785278