Bakının daha bir uğuru: Xankəndidə sıra ilə qanunsuzluğa son qoyulur

Bakının daha bir uğuru: Xankəndidə sıra ilə qanunsuzluğa son qoyulur
 

2023-cü il sentyabrın 1-dən etibarən Qarabağ ərazisində yayımlanan “City-FM” radiostansiyasının FM 106.0 tezliyində informasiya-analitik proqramları yayımlanan “Sputnik Ermənistan” radiostansiyasının qanunsuz yayımı Azərbaycan əraziləri olan Xankəndi, Ağdərə, Xacalı, Xocavənd rayonlarında dayandırılacaq. 

Paralel.az ” xəbər verir ki, bu barədə “Ermənistanın səsi” yazıb.

“Sputnik-Ermənistan” radiostansiyasının Azərbaycan ərazilərində qanunsuz yayımının dayandırılması barədə qərar bu il iyulun əvvəlində “Russia Today” Beynəlxalq İnformasiya Agentliyi (FSUE “Rossiya Seqodnya”) tərəfindən qəbul edilib. Bu barədə erməni tərəfinə rəsmi bildiriş göndərilib.

“City-FM” radiostansiyasının rəhbərliyi yayımın davam etdirilməsi məqsədi ilə Dövlət Dumasının deputatı Konstantin Zatulinə məktub göndərib. Məktubda rusliyalı deputatdan “Rossiya Seqodnya”nın “Sputnik Ermənistan”ın Azərbaycan ərazilərində yayımının dayandırması barədə qərarına yenidən baxılması əksini tapıb.

Lakin məktub cavabsız qalıb. Yuxarıda qeyd edildiyi kimi, sentyabrın 1-dən etibarən radionun Azərbaycan ərazisində qanunsuz yayımı dayandırılacaq.

 

 

0.015136957168579