Qankəsici, sidikqovucu, ağrıkəsici – Qırxbuğumun 100 faydası  

Qankəsici, sidikqovucu, ağrıkəsici – Qırxbuğumun 100 faydası  
 

Qırxbuğum cinsinin dünya florasının tərkibində 300-ə qədər növü yayılmışdır. Cinsin növlərinə Yer kürəsinin hər yerində rast gəlmək olar. Qafqazda 40, o cümlədən də Azərbaycan florasım tərkibində 27-yə qədər növü yayılıb. Qırxbuğumdan  hazırlanan preparatlar antiseptik, soyuqdəymə, yarasağaldıcı, qankəsici, büzüşdürücü, sidikqovucu, ağrıkəsici vasitə kimi işlədilir.

Revmatizmpodaqraduz yığılmalarındahəmçinin sidik kisəsi və böyrək daşlarının əridilməsində.

2 xörək qaşığı doğranmış otundan götürüb 1 stəkan qaynar suya tökün, su hamanının üzərinə qoyub 15 dəqiqə qızdırın və 1-2 saat saxlayıb süzün. Sonra qaynar su əlavə edib yenə 1 stəkan həcminə gətirib, gündə 3 dəfə yeməyə yanm saat qalmış stəkanm 1/4 hissəsi qədər qəbul edin.

Böyrək və ürək şişkinliklərində.

 1 xörək qaşığı doğranmış otundan götürüb 1 stəkan qaynar suya tökün, qaynama dərəcəsinə gətirib 2 saat saxlaym və süzün. Dəmləmədən gündə 2 dəfə 0,5 stəkan yeməkdən sonra qəbul edin. Müalicə kursu 3 həftədir.

Aybaşı, eləcə də uşaqlıq nahiyəsində baş verən qanaxmaların kəsilməsində. 

1 xörək qaşığı otundan götürüb 1 stəkan qaynar suya tökün zəifod üzərmə qoyub 5-7 dəqiqə saxlaym və soyudub süzün. Cövhərdən gündə 5- 6 dəfə 1 xörək qaşığı qəbul edin.

Babasil qanaxmalarında.

2 xörək qaşığı doğranmış otundan götürüb 1 stəkan qaynarsuya töküb zəifod üzərmə qoyun 15 dəqiqə saxlaym və soyudub süzün. Ekstraktdan gündə 3 dəfə stəkanm 1/3 hissəsi qədər yeməkdən sonra qəbul edin. Bundan başqa babasil zamanı bitkinin vannasından da istifadə edə bilərsiniz. Bunun üçün kağız konvertlərə bükülmüş 50 q otundan götürüb 1 litr qaynar suya töküb zəif od üzərində 15-20 dəqiqə və 1 saat saxladıqdan sonra süzün. Aldığmız isti ekstraktm 15-20 dəqiqə vannasını qəbul edin. Əməliyyatı günaşırı axşamlar, təkrar edin.

Stomatit, gingivit zamanı. 

1 xörək qaşığı doğranmış otundan götürüb termosa töküb üzərinə 0,5 litr qaynar su əlavə edin. 1 saat saxlayıb süzün. Aldığmız dəmləmədən ağzınızı tez-tez yaxaylayın.

Diqqət! Preparatlardan qanı qatı olanlar və yaxud tromba meylli xəstələr, eləcə də böyrək və sidik yollarında soyuqlaması olan xəstələrin qəbul etmələri məsləhət görülmür.

Saglamolun.Az

0.026823997497559