Toto Kutunyonun ölüm səbəbi bəlli oldu

Toto Kutunyonun ölüm səbəbi bəlli oldu
 

Xəbər verdiyimiz kimi, dünyaca məşhur italyan müğənni Toto Kutunyo ötən gün vəfat edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün isə mərhum sənətçinin ölüm səbəbi açıqlanıb. Məlum olub ki, əfsanəvi ifaçı xərçəng xəstəliyindən dünyasını dəyişib.

Həkimlər onu həyata qaytarmağa çalışsalar da, onların cəhdləri baş tutmayıb.

Qeyd edək ki, Toto Kutunyo 64 yaşında xərçəng xəstəliyinə tutulub. Kimyaterapiyadan keçən sənətçi böyrəyini çıxarmaq üçün əməliyyat olunmuşdu. Əvvəlcə proqnozlar üzücü olsa da, həkimlər onun 80 yaşına qədər yaşamasına nail ola bilmişdilər.

 

0.013788938522339