Dövlətlərə ideologiya lazımdırmı? - dos. İlham Əhmədov
MBD ölkələrinin problemləri çox vaxt ümumi xarakterli olub. Bu görünür ümumi tarix və ümumi inkişaf yolu keçməyimizlə əlaqəlidir. Bu ölkələr 30 ildən artıqdır ki, müstəqildirlər. Biz -sovet vaxtı yaşamış insanlar hesab edirik ki, hər bir dövlətin konstitusiyası olduğu kimi, onun ideologiyası da olmalıdır.
İdeologiya ideallar, dəyərlər, münasibət və inanclar sistemidir, onun vasitəsilə insan həm mövcud ictimai reallığa, həm də onun spesifik tərəflərinə münasibətini bildirir. Bu və ya digər ideologiya istənilən insan fəaliyyətinin əsasını təşkil edir. Məqsədsiz fəaliyyət mümkün deyil və insan ideologiya əsasında məqsədləri inkişaf etdirir.
Bəs MDB ölkələrdən neçəsinin ideologiyası var? Biz bir çox məsələlərdə Rusiya təcrübəsinə müraciət edirik, çünki, MDB məkanında onların elmi potensialını daha yüksək hesab edirik. Və məlum olur ki, nəinki kiçik dövlətlərin, heç Rusiyanın da ideologiyası yoxdur. Hələ bu azmış kimi RF Konstitusiyasında ideologiyanın yaradılmasına qadağa qoyulub.
RF Konstitusiyasında ideologiyanın qadağan edilməsinin məqsədəuyğunluğu ilə bağlı son vaxtlar ciddi müzakirələr gedir. İdeologiya problemi bu ölkənin inkişafında ən ciddi problemlərdən birinə çevrilir. Konstitusiyanın 13-cü maddəsində yazılıb: “Heç bir ideologiya dövlət üçün məcburi ola bilməz”.
Məqsədsiz dövlət mümkündürmü? Ümumi qəbul edilmiş ideallar, dəyərlər, münasibət və inanclar sistemindən kənar fəaliyyət göstərən dövlət məmurları ola bilərmi? Dövlət ideologiyası onun bütün istiqamətlərdə fəaliyyətinə yön verməlidir.
İndi RF-da ideoloji vakumda olarkən, gənc nəslin mənəvi tərbiyəsi korroziyaya uğrayarkən, yenidən bu məsələ aktuallaşıb və bu qadağanın ləğv edilməsi çağırışları tez tez eşidilir.
Bəs bizim ideologiyamız varmı, nədən ibarətdir ?
"Paralel.az"