Kəbədə dəhşətli anlar yaşandı - VİDEO

Kəbədə dəhşətli anlar yaşandı - VİDEO
 

Məkkə şəhərində yağan güclü yağış və fırtına Kəbədə ibadət edən müsəlmanlar üçün çətin anlar yaşadıb.

Paralel.az  xəbər verir ki, güclü yağış və tufan Məkkəyə ciddi ziyan vurub.  Güclü fırtına insanların həyatına  təhlükə yaradıb, onlaırn hərəkətinə mane olub. Sel suları küçələrdə hərəkəti iflic edib və  qarşısına çıxan  avtomobilləri aparıb.

Kəbədə namaz qılan müsəlmanların əksəriyyəti əlverişsiz hava şəraitinə baxmayaraq ibadətlərini davam etdiriblər. 

Məkkə Mülki Müdafiə Müdirliyi xalqı pis hava şəraitinə qarşı xəbərdarlıq edərək, ani daşqınlara qarşı diqqətli olmalarını istəyib.

 

0.014569997787476