Danimarkalı diplomat yenidən Türkiyə XİN-ə çağırıldı

Danimarkalı diplomat yenidən Türkiyə XİN-ə çağırıldı
 

Danimarkanın Türkiyədəki müvəqqəti işlər vəkili Kopenhagendə Quran kitabının təkrar təhqir olunması ilə bağlı son iki gündə ikinci dəfə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Paralel.az xəbər verir ki, Türkiyə mətbuatı bu barədə diplomatik mənbələrə istinadən məlumat yayıb.

Danimarkalı diplomata bir daha Türkiyə dövlətinin rəsmi mövqeyi xatırladılıb, Ankaranın bu cür hərəkətləri qətiyyətlə pislədiyi bəyan edilib.
Xatırladaq ki, ötən gün Danimarka və Niderlandın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və onlara Quranın təhqiri ilə bağlı etiraz notası təqdim edilib.

 

0.10140705108643