Niderland müdafiə naziri: "Bu bizim də müharibəmizdir"

Niderland müdafiə naziri:
 

Niderlandın müdafiə naziri Kaysa Ollonqren avqustun 22-də Ukraynaya səfər edib.

Paralel.az xəbər verir ki, o, "Ukrayna. Müdafiəçilər. Gələcək" adlı VI Beynəlxalq Veteranlar Forumunda çıxış edib.

"Biz kömək etmək istəyirik, əlimizdən gələni etmək istəyirik. Hiss edirik ki, bu, bizim də məsuliyyətimizdir, vəzifəmizdir. Siz cəbhədə döyüşürsünüz, amma bu bizim də müharibəmizdir", - Ollonqren deyib.

Ollonqrenin sözlərinə görə, Niderland və digər müttəfiqlər Ukraynada tibbi reabilitasiya imkanlarının genişləndirilməsi üzərində işləyir, öz təcrübələrini bu sahədə ukraynalı mütəxəssislərlə bölüşürlər.

Qeyd edək ki, avqustun 20-də Niderland və Danimarka Ukraynaya ABŞ istehsalı olan F-16 döyüş təyyarələri verəcəklərini bəyan ediblər.

 

0.012475967407227