Cənubi Avropanı anomal isti dalğası bürüyüb

Cənubi Avropanı anomal isti dalğası bürüyüb
 

Cənubi Avropa ölkələrində daha bir anomal isti dalğası qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, EFE agentliyinin məlumatına görə, yaxın günlərdə İspaniyada havanın 43 dərəcəyə çatacağı gözlənilir.

Hava proqnozlarına görə, Pireney yarımadasında anomal temperatur ən azı avqustun 24-dək davam edəcək. Hava şəraiti ilə əlaqədar İspaniya hakimiyyəti meşə yanğınları riskinin yüksək olduğunu açıqlayıb.

İtaliyada Afrikanın “Nero” antisiklonu və onun yaratdığı istilər səbəbindən ən yüksək hava təhlükəsi elan edilib. Ölkənin 12 şəhərinin sakinlərinə müvafiq xəbərdarlıq edilib. Xüsusilə, Roma və Florensiyada avqust ayı üçün havanın rekord həddə - 38 dərəcəyə qədər isinəcəyi gözlənilir.

 

0.021243095397949