Ölkənin ən yüksək dağına çıxan 4 alpinist yıxılaraq öldü

Ölkənin ən yüksək dağına çıxan 4 alpinist yıxılaraq öldü
 

Meksikanın ən yüksək dağı 5675 metr olan Piko de Orizabaya qalxan 4 alpinist yıxılaraq həlak olub.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ştatın mülki müdafiə idarəsi məlumat verib.

Belə ki, Piko de Orizaba dağına qalxmağa çalışan alpinistlər tez-tez qəzaların qurbanı olurlar.

Xatırladaq ki, 2015-ci ildə axtarış-xilasetmə qrupları 1959-cu ildə qar uçqunu nəticəsində itmiş 3 nəfərin cəsədini tapıb.

2017-ci ildə Piko de Orizabada bir amerikalı ölüb.

Həmçinin ABŞ-nin Mexikodakı səfirliyi 2018-ci ildə diplomatik missiyasının üzvünün dağa qalxarkən öldüyünü açıqlayıb.

 

 

0.023512125015259