Belçikanın XİN başçısı Ermənistan və Azərbaycana GƏLİR

Belçikanın XİN başçısı Ermənistan və Azərbaycana GƏLİR
 

Belçikanın xarici işlər naziri Hadija Lahbib Ermənistana səfər edəcək.

Paralel.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər avqustun 22-də baş tutacaq. Belçika XİN rəhbəri erməni həmkarı Ararat Mirzoyanla görüşəcək.

O, həmçinin İrəvanda digər yüksək səviyyəli şəxslərlə də görüşlər keçirəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi Hadija Labibin Ermənistandan sonra Azərbaycana səfər edəcəyini bildirib.

0.051378011703491