DSMF-nin 986 min manata ofis icarəyə götürdüyü xanım kimdir?

DSMF-nin 986 min manata ofis icarəyə götürdüyü xanım kimdir?
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) qurumun maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün ofis icarəyə götürür. 

Paralel.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı DSMF fərdi sahibkar Hüseynova Almaz Hacı qızı ilə müqavilə imzalayıb.

Qurum ofis üçün 36 aya 986 040 AZN icarə haqqı ödəyəcək. Bu halda bir ay üçün icarə haqqı 27 390 AZN-ə düşür.

DSMF ötən il Almaz Hüseynovadan 9 ay müddətinə icarəyə ofis götürüb. Bu müddət üçün icarə haqqı 240 702 AZN təşkil edib. Məlum olur ki, ötən illə müqayisə də icarədar icarə haqqını 645 AZN artırıb.

Almaz Hüseynova barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.

0.013607978820801