"Papanin hospitalı"nın rəisi Vüqar Mürsəlov Qarabağda xidmət edən tibbi heyətinin ezamiyyət pulunu mənimsəyir?
"Papanin hospitalı"nın rəisi Vüqar Mürsəlov Qarabağda xidmət edən tibbi heyətinin ezamiyyət pulunu mənimsəyir?
Əldə etdiyimiz məlumatlara görə, Mərkəzi Hərbi Klinik Hospitalının tibb hissə rəisi, Vüqar Mürsəlov Qarabağda (ön xəttə) xidmət edən tibb heyətinə ezamiyyə haqqlarının ödənilməsinə əməlli başlı əngəl yaradıb.
Bildirilir k, Vüqar Mürsəlov Qarabağda xidmət edən, Bakıya "Papanın Hospitalı"na xəstə(söhbət əsgərdən gedir) daşıyan tibb heyətinə ezamiyyə haqqlarının verilməsini məqbul hesab etmir və buna görə də onalrın ezamiyyə vərəqələrinə möhür vurmur. Yalnız sürücülər ezamiyyə haqqlarını ala bilirlər.
Mənbə bildirir ki, tibb hissə rəisi V. Mürsəlov bunu qəsdən və bilərəkdən belə edir.
Qeyd edək ki, ezamiyyə haqqı xidməti vəzifəsini icra edərək başqa bir yerə ezam olunan(göndərilən) işçilərə verilən gündəlik, xərcdir. Belə desək, ezam pulu ezam olunan şəxsin gündəlik yemə və qalmaq xərclərini qarşılayır.
Ancaq Qarabağda yerləşən tibb məntəqələrindən Mərkəzi Klinik Hospitalına şəhərində narahatçılığı yaranan əsgərlərimizi gətirən tibb heyətinə ezamiyyə haqqı ödənilmir. Əksinə, ezamiyyə müddətində günə 10 manat onları maaşından 10 manat pul tutulur. Bu da ön xəttə xidmət edən tibb məntəqələri heyəti tərəfindən narazılıqla qarşılanır.
Artıq "Papanin hospitalı"nın adı gələndə hər kəs başını götürüb hərbi hissədən uzaqlaşır. Heç kim Mərkəzi Klinik Hospitalına xəstə aparmaq istəmir.
Ramil Qurbanov