Uğursuz əməliyyat etdirməsi haqda suallara əsəbiləşdi

Uğursuz əməliyyat etdirməsi haqda suallara əsəbiləşdi
 

48 yaşlı Hollivud ulduzu Şarliz Teron uğursuz plastik əməliyyat etdirməsi haqda iddialara cavab verib. 

Axşam.az xəbər verir ki, son günlər görünüşündə dəyişikliklər olması sevənlərini təəccübləndirib. Bir çoxları onun plastik əməliyyat etdirdiyini, amma uğursuz alındığını yazıb.

Bu iddialara əsəbiləşən Teron "Hamı soruşur ki, üzünə nə etmisən? Mən qocalıram. Bu, uğursuz plastik əməliyyat keçirtdiyim demək deyil. Bu, sadəcə olaraq təbiidir" deyə, aktrisa vurğulayıb.

Aktrisa özü plastik cərrahlara müraciət etmədiyini, amma bunu edənlərə də yaxşı baxdığını deyib.

 

 

0.041474103927612