Ukrayna münaqişəsi yeni dünya düzəninin formalaşmasından xəbər verir - Müdafiə naziri

Ukrayna münaqişəsi yeni dünya düzəninin formalaşmasından xəbər verir - Müdafiə naziri
 

Macarıstan hökuməti Ukrayna münaqişəsi ilə bağlı qlobal qarşıdurmaların ola biləcəyindən narahatdır.

Paralel.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Kristof Salay-Bobrovniçki Budapeştdə ordunun yeni zabitlərinin təntənəli andiçmə mərasimində bildirib.

Nazir qeyd edib ki, Ukraynadakı münaqişə yeni dünya düzəninin formalaşmasından xəbər verir. Onun sözlərinə görə, hadisələrin gələcək inkişafını proqnozlaşdırmaq mümkün deyil, lakin münaqişə qlobal qarşıdurmaya səbəb ola bilər.

Salay-Bobrovnitski vurğulayıb ki, Macarıstan hökuməti Ukrayna münaqişəsinin tərəflərini atəşi dayandırmağa və sülh danışıqlarına başlamağa çağırır. Nazir əlavə edib ki, sülh arzusunda olan təkcə macarlar deyillər.

 

0.011224031448364