Mərakeş BRİKS-Afrika sammiti ilə bağlı suallara aydınlıq gətirdi

Mərakeş BRİKS-Afrika sammiti ilə bağlı suallara aydınlıq gətirdi
 

Mərakeş heç vaxt BRIKS qrupuna (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir) qoşulmaq üçün müraciət etməyib və birliyin qarşıdan gələn sammitində iştirak etmək niyyətində deyil. Paralel.az xəbər verir ki, bu barədə "Maghreb Arabe Press" xəbər agentliyinə Mərakeş krallığının Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

Cənubi Afrika Respublikasının Xarici İşlər və Əməkdaşlıq naziri Naledi Pandor avqustun 7-də planlaşdırılan BRİKS sammiti ilə bağlı keçirdiyi brifinqdə bildirib ki, Mərakeş də daxil olmaqla 23 ölkə BRİKS-ə üzv olmaq üçün rəsmi müraciət edib.

"Mərakeş üçün Cənubi Afrikada planlaşdırılan BRİKS-Afrika görüşünə dəvətə müsbət cavab verməkd və ya bu görüşdə hər hansı səviyyədə iştirakdan söhbət getməyib. Bu görüş Cənubi Afrika Respublikasının birtərəfli təşəbbüsü əsasında təşkil olunub", -mənbə deyib.

O əlavə edib ki, rəsmi Rabat Pretoriya ilə gərgin ikitərəfli münasibətləri fonunda bu dəvəti yüksək qiymətləndirib.

Xarici İşlər Nazirliyi rəsmisi vurğulayıb ki, “Cənubi Afrika həmişə Mərakeşə qarşı düşmənçilik nümayiş etdirib və Mərakeş Saharası məsələsində sistemli şəkildə mənfi və doqmatik mövqe nümayiş etdirib.

"Beləliklə, Pretoriya həm milli səviyyədə, həm də Afrika İttifaqı çərçivəsində Mərakeşin ali maraqlarına qarşı açıq-aşkar zərərli hərəkətlərini təkrarlayıb", - MAP-ın həmsöhbəti bildirib.

"Mərakeş BRİKS-in digər dörd üzvü ilə anlamlı və perspektivli ikitərəfli əlaqələr saxlayır, hətta onlardan üçü ilə strateji tərəfdaşlıq sazişləri bağlayıb. Bununla belə, krallıq heç vaxt BRIKS Qrupuna qoşulmaq üçün rəsmi müraciət etməyib. Bu birliyin genişlənməsini tənzimləyən çərçivə və ya aydın prosedurlar yoxdur", - Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.

 

 

0.017569065093994