Özbəkistan və Macarıstan strateji tərəfdaşlığı genişləndirir

Özbəkistan və Macarıstan strateji tərəfdaşlığı genişləndirir
 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Macarıstan Baş naziri Viktor Orban Budapeştdə keçirilən görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair məsələləri müzakirə ediblər.

Paralel.az xəbər verir ki, bunu Özbəkistan xarici işlər naziri Baxtiyar Saidov bildirib.

Eyni zamanda görüşdə Özbəkistan-Macarıstan çoxplanlı əməkdaşlığı, o cümlədən işgüzar və mədəni-humanitar əlaqələr müzakirə edilib.

Qeyd edək ki, Özbəkistan Prezidenti avqustun 19-da Macarıstana işgüzar səfər edib.

 

0.01996898651123