İordan çayının qərbində atışma: 2 israilli ölüb

İordan çayının qərbində atışma: 2 israilli ölüb
 
İordan çayının qərb sahilində Xuvar şəhərində silahlı hücum nəticəsində 2 İsrail vətəndaşı ölüb.
 
Paralel.az xəbər verir ki, İsrail Ordusu məlumat yayıb.
 
Hadisə avqustun 19-da günün ikinci yarısında Xuvarda avtomobil yuma məntəqəsində baş verib. Ölənlər ata və oğuldur. İsrail Ordusu şübhəlilərin saxlanılması istiqamətində əməliyyat həyata keçirir, nəzarət-keçid məntəqələri quraşdırılıb.
 
Fələstinin WAFA agentliyi isə İsrail Ordusunun Nablus şəhərinə girişi bağladığı barədə məlumat yayıb.

 

0.013161897659302