Saytlara kütləvi kiberhücum: problem aradan qaldırılır – YENİLƏNİB

Saytlara kütləvi kiberhücum: problem aradan qaldırılır – YENİLƏNİB
 

Xəbər saytlarının fəaliyyətdə yaranan problem yavaş-yavaş aradan qaldırılır.

Globalinfo.az xəbər verir ki, hazırda saytlara daxil olmaq mümkündür.

Hələlik məsələyə rəsmi aydınlıq gətirilməsə də, problemin tamamilə aradan qaldırılması istiqamətində işlərin davam etdiyi bildirilir.

***21:18

Hazırda ölkə ərazisində fəaliyyət göstərən bir çox xəbər saytlarının işində problem yaranıb.

Globalinfo.az xəbər verir ki, mütəxəssislər saytlarda server axışının dayandığını bildirirlər.

Problem fasilələrlə aradan qalxsa da, saytların əksəriyyətinə daxil olmaq mümkün deyil.

Hələ ki məsələyə rəsmi şəkildə aydınlıq gətirilməyib. Problemin nədən qaynaqlandığı bilinmir. Ümumi şəbəkədə nasazlıq yarandığı, yaxud kütləvi hücumun ola biləcəyi ehtimal edilir.

Ayşən Mustafa 

0.0094339847564697