Dünya Qadın Seriyası: "Neftçi" yarımfinala yüksəlib

Dünya Qadın Seriyası:
 

İspaniyada təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində "Neftçi"nin yarımfinal oyunu baş tutub.

Paralel.az xəbər verir ki, ABŞ millisi ilə qarşılaşan "ağ-qaralar" matça üstün başlayıb və yekunda rəqibi üzərində 14-17 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.

Finala gedən yolda Azərbaycan təmsilçisi Çin millisi ilə görüşəcək.

Matç Bakı vaxtı ilə saat 21:55-də baş tutacaq.

 

0.06520414352417