Putin Ukrayna ilə sərhədə gedib - VİDEO

Putin Ukrayna ilə sərhədə gedib - VİDEO
 


Rusiya prezidenti Vladimir Putin Ukrayna sərhədinə yaxın Rostov-na-Don şəhərindəki hərbi qərargaha gedib və qapalı iclas keçirib.  

Paralel.az ” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin bəzi yüksək səviyyəli generallarla görüşüb, Baş Qərargah rəisi Valeri Gerasimovdan müharibə ilə bağlı son hesabatları alıb.

Ən maraqlı məqam ondan ibarətdir ki, Rostovda Putini   avtomobildən düşən kimi  müdafiə naziri Sergey Şoyuq yox, Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimov qarşılayıb.  

Onlar birlikdə komanda məntəqəsinə gediblər və burada onları Əməliyyat İdarəsinin rəisi, Baş Qərargah rəsinin birinci müavini general-polkovnik Sergey Rudskoy qarşılayaraq məruzə edib.

Ukrayna sərhədindən təxminən 100 kilometr aralıda Rostov-na-Donuda Rusiya Cənub Hərbi Dairəsinin ordusunun qərargahı yerləşir.

Mürtəza
Paralel.az

 

0.014652013778687