Şəkidə sirkə turşusu içən şəxs ölüb

Şəkidə sirkə turşusu içən şəxs ölüb
 

Şəkidə sirkə turşusu içən şəxs ölüb.

Paralel.az xəbər verir ki, Şəki şəhər sakini Bilalov Tahir Sabir oğlu avqustun 18-də yaşadığı evdə olarkən spirtli içkinin təsiri altında psixoloji gərginlik keçirərək soyuducuda olan sirkə turşusunu içib.

O, evdə olan ailə üzvləri tərəfindən dərhal Şəki RMX-nın PHŞ-nə aparılıb.

Tahir Bilalov avqustun 19-u, saat 1 radələrində yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

 

 

0.017506837844849