Baku TV-nin reportajı Ermənistanı qarışdırdı

Baku TV-nin reportajı Ermənistanı qarışdırdı
 

Bir neçə gün əvvəl Azərbaycanın “Baku TV” kanalında Ermənistanda fəaliyyət göstərən mədənlər və onların vurduğu ziyanlarla bağlı reportajdan sonra Ermənistanda ara qarışıb . 

Belə ki, Baku TV-nin   təqdim etdiyi həmin reportajda Ermənistan QHT təmsilçiləri və yerli əhalinin Zəngəzurda fəaliyyət göstərən mədənlərin, Zəngəzur mis-molibden kombinatının və digər mədənlərin fəlakətli ekoloji vəziyyətə gətirib çıxarması, bu mədənlərin tullantılarının köhnə texnologiyalarla işləməsi, ona görə də həm Ermənistanı, həm də regionu zəhərləməsi barədə fikirlərin qeyd edilməsi, İrəvanda ciddi rezonansa səbəb olub.

Paralel.az ” xəbər verir ki,  İrəvandakılar belə bir materialın hazırlanmasından çox ciddi şəkildə narahatlıq keçirilər. Necə ola bilər ki, Azərbaycan mediası rahatca Ermənistanın daxilindəki problemlərlə bağlı belə bir reportaj hazırlasın və erməni ekspertlər də rahatca bununla bağlı açıqlama versinlər. 

Artıq bir neçə gündür ki, bu məsələ ilə bağlı İrəvanda aləm bir-birinə dəyib. Həmin reportajı hazırlayan jurnalist axtarılır. 

Reportajda ekspert kimi çıxış edən “EcoLur” QHT rəhbəri İnqa Zarafyan  deyib ki, o, bir ekspert kimi “Bloknot.ru”nun əməkdaşı Natalya Xaxlovaya açıqlama verib.

İndi ermənilər Natalya Xaxlovanı Azərbaycanın  xeyrinə material hazırlamaqda və casusluqda ittiham etməyə çalışırlar. 

Zarafyan “hraparka”a açıqlamasında deyib ki, o bununla bağlı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkinə məktub göndərmək niyyətindədir. 

O hesab edirik ki, Natalya Xaxlova Ermənistanda Azərbaycanın agenti olub.

“Hraparak”ın yazdığına görə, “Baku TV”nin hazırladığı reportajın sonunda isə belə qənaətə gəlinir: “Ermənistan Qarabağın erməni icmasının hüquqları uğrunda mübarizə apardığını göstərməyə çalışsa da, əslində öz  ərazisində  erməni vətəndaşlarını zəhərləyir və qətlə yetirir”.
Nəşr yazır ki, indiki məqamda Rusiya və ya hər hansı digər telekanal tərəfindən yayımlanan bu cür material Ermənistan iqtisadiyyatına və vergilərinin böyük bir hissəsini təmin edən mədən sənayesinə ziyan vuracaq.

Onu da qeyd edək ki, “BakuTV”də  yayımlanan reportajda Ermənistan xəritəsi  göstərilib və orada  Ermənistanın ərazi vahidləri Azərbaycan toponim adları  ilə verilməsi ciddi çok effekti yaradıb. Bu da öz növbəsində erməni siyasi dairələrində  və mediasında ciddi müzakirə predmeti olub.

Mürtəza
Paralel.az

 

0.017451047897339