Erməni mayor həbs edilib

Erməni mayor həbs edilib
 

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin atıcı batalyonunun (tabor) komandir müavini, qərargah rəisi, mayor A.T. hərbi qulluqçunun  hərbçilərin gözü qarşısında şərəf və ləyaqətinin alçaldılmasına yönəldilmiş hərəkətləri, həmkarlarının yanında ona qarşı zor tətbiq etməkdə ittiham olunur.

Paralel.az ” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, avqustun 11-də N saylı hərbi hissənin ərazisində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, sıravi Qranik Xnkoyanın başında güllə yarası ilə meyiti tapılıb.

İlkin araşdırma zamanı məlum olub ki, depressiya vəziyyətində olan Qranik Xnkoyan elə həmin gün səhər saat 08:40 radələrində avtomatdan atəş açaraq özünə ölümcül güllə yarası vurub, nəticədə o, yerindəcə dünyasını dəyişib.

Avqustun 15-də nəzarət prokuroruna A.T.-yə qarşı ictimai cinayət təqibinin başlanması barədə vəsatət təqdim edilib və o saxlanılıb.

Məhkəmə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.

 

0.016463994979858