Stokholmda yandırılan Quranı söndürməyə cəhd edən qadın saxlanılıb

Stokholmda yandırılan Quranı söndürməyə cəhd edən qadın saxlanılıb
 

İsveçin paytaxtı Stokholmda iraqlı miqrant Salvan Momikanın növbəti dəfə təşkil etdiyi Quran yandırmaq aksiyası zamanı naməlum bir qadın müqəddəs kitabı söndürməyə cəhd edib.

İsveçdə hüquq-mühafizə orqanları yanğınsöndürən balonla nümayişçilərə tərəf qaçan və kitabı söndürməyə çalışan qadını nəzarətə götürüblər.

Yerli polis İranın Stokholmdakı səfirliyi önündə baş verən vandalizmi şərh etməkdən imtina edib.

 

0.020579814910889