Livanda homoseksuallara qarşı sərt reaksiya

Livanda homoseksuallara qarşı sərt reaksiya
 

Livan Mədəniyyət naziri Məhəmməd Murtaza homoseksual münasibətlərlə bağlı kritik qərar qəbul edib.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, Murtaza homoseksual əlaqəyə görə cəzanın 3 ilə qədər artırılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.

Qanun layihəsinə görə cinayəti törədənlər 500 milyon Livan lirəsi (təx. 10 200 AZN) məbləğində cərimələnəcək.

Digər tərəfdən, qanun layihəsi uşaqlara qarşı cinsi istismarı da əhatə edir.

Layihə Nazirlər Şurasının təsdiqindən sonra Məclisdə səsverməyə çıxarılacaq.

Ölkə qanunlarına görə, qanun layihəsi parlamentdən keçərsə, yekun təsdiq üçün prezidentə göndərilməlidir. Lakin 2022-ci il oktyabrın 31-dən namizədlə bağlı konsensus əldə olunmadığı üçün Livanda prezident ofisi boşdur.

Qeyd edək ki, Livanda mövcud cinayət məcəlləsinə görə, cəmiyyətin mənəvi dəyərlərini pozanlar 1 il müddətinə azadlıqdan məhrum edilir.

 

0.017521142959595