“Taxıl müqaviləsi” başa çatdıqdan sonra Odessa limanını tərk edən ilk gəmi İstanbulun Anbarlı limanına gəlib.

“Taxıl müqaviləsi” başa çatdıqdan sonra Odessa limanını tərk edən ilk gəmi İstanbulun Anbarlı limanına gəlib.
 

Avqustun 16-da Odessa limanından çıxan “Jozef Şulte” konteyner gəmisi Bosfor boğazından keçərək Türkiyəyə çatıb. Bu barədə Reuters hadisə şahidlərinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, gəmi İstanbulun cənubundakı Ambarlı limanında dayanacaq.

“Jozef Şulte” “taxıl müqaviləsi”nin dayandırılmasından sonra Odessa limanını tərk edən ilk mülki gəmi oldu. O, Ukrayna hakimiyyətinin gəmilərin təxliyyəsi üçün təşkil etdiyi müvəqqəti dəhlizlə hərəkət edib.

Avqustun 16-da səhər saatlarında Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov bildirib ki, müharibə başlayandan limanda olan “Yozef Şulte” konteyner gəmisi Odessadan çıxıb və Qara dənizdə hərəkət edir. O qeyd edib ki, gəmi ərzaq da daxil olmaqla 30 min tondan çox yük daşıyır.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi “taxıl müqaviləsi”nin dayandırıldığını və İstanbuldakı müştərək koordinasiya mərkəzinin ləğv edildiyini açıqlamışdı. İyulun 19-da Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukrayna limanlarına üzən bütün gəmilərin potensial hərbi yük daşıyıcıları hesab ediləcəyini açıqlayıb.

Ertəsi gün Ukrayna Müdafiə Nazirliyi Rusiya limanlarına qarşı oxşar xəbərdarlıq edib.

0.025723934173584