"Jurnalist xanım Azərbaycan mediasında bir inqilab edib" - Çingiz Şahbazi

 

Əsil peşəkarcasına jurnalist müsahibəsi ortaya qoyulub. Bunu alqışlamaq lazımdır. Sadəcə olaraq bizim cəmiyyətin bir qismi bu kimi hallara alışıq deyil. Qoyulan suallar o qədər dəqiq və aydın idi ki, və xüsusilə də xalq üçün , alınan cavablardan daha çox verilən suallar daha çox maraqlı gəlmişdir, demək olar.Bu jurnalist peşəkarlığının nümunəsi kimi qəbul edilə bilər. Bir neçə sual, bir neçə gündür ki, ölkənin gündəmini zəbt edib. Təşəkkür və təbrik edirəm jurnalist xanımı.
Yadınızdadırsa, ikinci Qarabağ müharibəsi zamanı dünyanın ən mötəbər mətbuat orqanları, televiziya kanalları Azərbaycan prezidenti İlham Əliyevdən geniş şəkildə musahibələr aldı. Orda ölkə başçısına verilən suallara cəmiyətimizin böyük əksəriyyəti öz təpkisini verdi və bu sualların əksəriyyətini qərəzli hesab edənlər daha çoxluq təşkil edirdi. Əslində isə bu belə deyildi və verilən qərəzli hesab olunan suallar sayəsində və ölkə başçısının dəqiq və aydın şəkildə cavabları sayəsində bütün həqiqətlər dünya ictimaiyyətinə təqdim olundu və dünya məhz bu,,qərəzli,, televiziya kanalları vasitəsilə bizim haqq işimizi gördü və anladı. İndi gəlin bunun əksini gözümüz önünə alaq. Şablon cümlələrlə dolu bir müsahibə olsaydı? Kim buna və suallarla dolu problemli məsələlərə inanacaqdı?
Əslində demək istədiyim odur ki BBS televiziya kanalının jurnalisti o xanım Azərbaycan mediasında bir inqilab edib.Onu qınamaq lazım deyil, əksinə ona təşəkkürlər düşür.Belə müsahibələr bizim cəmiyyətdə daha çox yer almalıdır ki, hər kəs öz məsuliyyətini başa düşsün. Rasim Balayev də düz deyir.

0.029112815856934