Pakistan XİN-ə müvəqqəti rəhbər təyin edildi

Pakistan XİN-ə müvəqqəti rəhbər təyin edildi
 

Pakistanın ABŞ-dakı keçmiş səfiri Cəlil Abbas Cilani ölkənin müvəqqəti xarici işlər naziri təyin edilib.

Paralel.az  xəbər verir ki, bu barədə “Business Recorder” qəzeti Pakistanın İnformasiya Nazirliyinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Pakistan Dövlət Bankının keçmiş rəhbəri Şəmşad Axtar müvəqqəti maliyyə və gəlirlər naziri təyin olunub.

Bundan əvvəl İslamabaddakı prezident sarayında Pakistanın müvəqqəti nazirlər kabinetinin andiçmə mərasimi keçirilib. Müvəqqəti hökumət üzvlərinin andını prezident Arif Alvi qəbul edib.

 

 

 

0.019649028778076